Azerbaijan English

Google səhiyyə ilə bağlı startapı satın aldı

Yeni xidmətin köməyilə istifadəçilər evdən çıxmadan əsas kliniki müayinələri keçə biləcəklər.

ABŞ-ın Vaşinqton Universitetinin kompüter texnologiyaları üzrə eksperti Şvetak Patel “Senosis Health” adlı startapını Google şirkətinə satıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, daha əvvəl bir neçə startapını Belkin International və Searskimi şirkətlərə satıb. 2011-ci ildə dörd alimlə birgə “Senosis Health” xidmətini yaradan Patel “dahilər üçün qrant” adlandırılan Mak-Artur təqaüdünü qazanıb.

“Senosis” və müasir smartfonlara quraşdırılmış xüsusi sensorların köməyilə istifadəçi ağciyərin funksiyasını və hemoqlobinin səviyyəsini müəyyən edə bilər ki, bu da evdən çıxmadan əsas kliniki müayinələri keçməyə imkan verəcək.

Hazırda “Senosis” layihəsi üzərində Pateldən başqa daha on alim işləyir. Google-un “Senosis Health” startapını əldə etmək üçün ödədiyi məbləğ açıqlanmır.

Startup.az

Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində "I2B-İdeyadan Biznesə" layihəsi çərçivəsində ilk startap turu keçirilib.

Startap turuna Zaqatala ilə...

17 May 2019
UNEC-də Startup Günlərinin qalibləri müəyyənləşib

3-4 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət...

05 May 2019