Azerbaijan English

Startaplar üçün qrant müsabiqəsinə qeydiyyat başa çatır

Məlumat verdiyimiz kimi, aprelin 10-dan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun növbəti qrant müsabiqəsinə qeydiyyat başlayıb.

Müsabiqəyə qeydiyyat sabah, , saat 18:00-da başa çatacaq.

Bu günə qədər müsabiqəyə 100-ə qədər startap layihəsi qeydiyyatdan keçib.

Bu barədə Xeberler.az Fonddan məlumat verilib.

Qeyd edək ki, kiçikhəcmli qrant müsabiqəsi, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə 5 prioritet istiqaməti əhatə edir.

Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilə bilər.

Startup.az

 

agroX Müsabiqəsinin ilkin seçim mərhələsi baş tutub

Xeberler.az məlumat verir ki, agroX Layihəsinin iştirakçıları üçün ilkin seçim mərhələsi baş tutub. Startap Azərbaycan...

26 Jun 2019
Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

4 -25 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə...

27 May 2019