Azerbaijan English

Startap müsabiqələrinin təşkili müzakirə edilib

Bu gün Bakı Mühəndislik Universitetində Yeni Fikir 2017 Müsabiqəsinin təşkili və startap müsabiqələrin ekosistemin inkişafında rolu ilə bağlı bəzi əhəmiyyətli məqamları müəyyənləşdirmək üçün toplantı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə dövlət və özəl sektorun, texnoparkların, Startap Azərbaycan-ın nümayəndələri iştirak edib.

BMU Texnoparkının yeni təyin olunmuş direktoru Samir Məmmədov Yeni Fikir müsabiqəsinin uğurla başa çatması üçün bu prosesdə maraqlı tərəflərin və tərəfdaşların daha aktiv iştirakına ehtiyac duyulduğunu qeyd edib.

O, toplantı iştirakçılarından bu istiqamətdə faydalı təkliflər gözlədiklərini bildirib.

Çıxış edənlər ölkədə startap ekosistemin inkişafında startap müsabiqələrinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Onlar Yeni Fikir Müsabiqəsinin uğurla  başa çatması üçün maraqlı təkliflər irəli sürülüb.

agroX Müsabiqəsinin ilkin seçim mərhələsi baş tutub

Xeberler.az məlumat verir ki, agroX Layihəsinin iştirakçıları üçün ilkin seçim mərhələsi baş tutub. Startap Azərbaycan...

26 Jun 2019
Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

4 -25 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə...

27 May 2019