Azerbaijan English

Enterprise Azerbaijan portalı UNEC-də startap təlimi keçirdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterazerbaijan.com portalı Vergilər Nazirliyinin dəstəyi və UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesə necə başlamalı” mövzusunda təlim keçirib. “UNEC Digital Marketing” Mərkəzinin direktoru, Ramil Cabbarov ölkəmizdə təhsil, elm və biznes əlaqələrinin vacibliyini vurğulayıb.

EnterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova tələbələrə platformanın təqdim etdiyi yeniliklər barədə ətraflı məlumat təqdim edib. O bildirib ki, bu portal gənc sahibkarların investisiyalar bazarına çıxışı asanlaşdırır, investisiya cəlbi üçün sərf olunan resurslara qənaət edir, həmçinin xərcləri azaldır. Daha sonra Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət
qeydiyyatının həyata keçirilməsi və 2019-cu ilin əvvəlindən başlayaraq tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib.

Tədbir zamanı “EnterpriseAzerbaijan” portalının ekosistemində yer alan və British Council-ın “Kreativ qığılcım” layihəsinin meneceri kimi fəaliyyət göstərən Oruc Dursunzadə layihənin daha praktiki tərəfləri barədə tələbələrə məlumat verib. O layihə çərçivəsində əməkdaşlıq etdiyi UNEC-dən seçiləcək tələbə və müəllimlərin Böyük Britaniyadaki New Castle universitetinə reallaşacaq səfəri, o cümlədən, rəqəmsal sferada ingilis dili öyrənə bilmə fürsətindən danışıb. Daha sonra, Azexport.az portalının rəhbəri Zaur Qardaşov, portalın əməkdaşlıq etdiyi Beynalxalq Ticarət Mərkəzinin (İTC) “Amazonla qazan” layihəsi haqqında tələbələrə məlumat verib. O bildirib ki, layihə çərçivəsində seçilmiş startapçılar “EnterpriseAzerbaijan” portalının inkubasiya mərkəzindən yararlana bilərlər. “EnterpriseAzerbaijan” portalının meneceri Aytən Məmmədova təlimlərdə iştirak edən gənc startapçı Nərmin Fərzəliyevanın yeni rəsmini “UNEC Digital Marketing” Mərkəzinin direktoru Ramil Cabbarova təqdim edib. Təlimdə iştirak edən 200-dən artıq tələbəyə sertifikat təqdim olunub.

Qeyd edək ki, EnterpriseAzerbaijan.com portalı buna qədər Azərbaycan Turizm və Menecment Universiteti, Odlar Yurdu universitetində analoji təlimlər keçirib. Bu görüşlər Azərbaycanın digər universitetlərində də keçiriləcək və tələbələrin uğurlu layihələri EnterpriseAzerbaijan.com portalına daxil ediləcək.

Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində "I2B-İdeyadan Biznesə" layihəsi çərçivəsində ilk startap turu keçirilib.

Startap turuna Zaqatala ilə...

17 May 2019
UNEC-də Startup Günlərinin qalibləri müəyyənləşib

3-4 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət...

05 May 2019