Azerbaijan English

İranlı nazir: Startaplara ilkin olaraq 2 milyon dollar ayrılacaq

Dekabrın əvvəlində Bakıda Azərbaycan, İran, Rusiya və Türkiyə arasında İKT sahəsində regional əməkdaşlıq barədə dördtərəfli görüşdə əsas müzakirə mövzusu startapların iş və gəlirlərinin gücləndirilməsi konsorsiumunu yaratmaq olub. Konsorsiumun yaradılması məqsədilə 4 ölkə tərəfindən ilk olaraq 2 milyon dollar investisiya ayrılıb.

Xeberler.az  bildirir ki, bu sözləri  Trend-ə özəl olaraq İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.

Onun sözlərinə görə, təxminən bir ildir ki, dörd ölkənin bazarlarında birgə şəkildə işləmək istiqamətində müzakirələr gedir:

"İran 1 il əvvəl belə bir təşəbbüsü təklif etdi. Ötən bir il ərzində Azərbaycan, Rusiya və Türkiyənin rabitə nazirləri ilə bir çox müzakirələr aparılıb. Aşqabadda keçirilən iclasda da bu məsələ araşdırıldı. Dubayda keçirilən iclasda isə yenidən bu məsələni diqqət mərkəzində saxlanıldı. Dördtərəfli iclasda İran bu işçi qrupun yaradılması və katibliyə ev sahibi olmağı təklif etdi. Təklif hər dörd ölkənin işçi qrupu tərəfindən dəstəkləndi. Qərara alındı ki, yanvar ayının ikinci yarısında İranda keçirilməsi qərara alınan iclasda yekun razılaşma imzalansın".

Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində "I2B-İdeyadan Biznesə" layihəsi çərçivəsində ilk startap turu keçirilib.

Startap turuna Zaqatala ilə...

17 May 2019
UNEC-də Startup Günlərinin qalibləri müəyyənləşib

3-4 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət...

05 May 2019