Azerbaijan English

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

Azərbaycanda startap layihələri üçün nəzərdə tutan blokçeyn platforması istifadəyə verilib.

Xeberler.az  bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bir çox ölkələrdə müxtəlif sektorlar - tibb, daşınmaz əmlak və sair sektorlarda blokçeyn texnologiyasına keçid həyata keçirilir. Artıq bu platforma üzərində dövlət qeydiyyatları, ödənişlər, rəsmiləşdirmə prosesləri aparılır. Bu çərçivədə qlobal çağırışlara cavab verərək Azərbaycanda ilk dəfə olaraq blokçeyn platforması istifadəyə verilib.

T.Kərimlinin sözlərinə görə, cəmiyyətin bütün sahələrində blokçeyn texnologiyası tətbiq olunur. Bu gün sahibkarlar, yerli şirkətlər üçün sahibkarlıq blokçeyn platformasının açılışı oldu və blokçeyn texnologiyası ilə startap nəzərdə tutan hər kəs bu platformadan istifadə edə bilər.

 
Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində "I2B-İdeyadan Biznesə" layihəsi çərçivəsində ilk startap turu keçirilib.

Startap turuna Zaqatala ilə...

17 May 2019
UNEC-də Startup Günlərinin qalibləri müəyyənləşib

3-4 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət...

05 May 2019