Azerbaijan English

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

Növbəti Startap Günləri Azərbaycan Texniki Universitetində keçiriləcək. 

Xeberler.az-ın məlumatına görə, apreldə baş tutacaq tədbir ilə bağlı artıq hazırlıqlara başlanıb.

Belə ki, Startap Günləri çərçivəsində Universitetin yeni başlayan startapçıları üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlər keçiriləcək.

Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startap Günləri Startap Azərbaycan-ın təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstək verir.

Ferring və Enel proqramlarına qeydiyyat başlanıb 02-08-2019 / 12:51

Generation S və SUP Startup akseleratorunun birgə əməkdaşlığı çərçivəsində Ferring və Enel proqramlarına qeydiyyat açıq...

03 Aug 2019
agroX Müsabiqəsinin ilkin seçim mərhələsi baş tutub

Xeberler.az məlumat verir ki, agroX Layihəsinin iştirakçıları üçün ilkin seçim mərhələsi baş tutub. Startap Azərbaycan...

26 Jun 2019