Azerbaijan English

Bakıda qadınlar arasında startap yarışı keçiriləcək

Bu il Global Startup Weekend Women (GSWW 2018) tədbirinə Bakı da qoşulur. Bunu tədbirin yerli təşkilatçılarından biri, NEXT Step İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. “Boş durma, hərəkət et” şüarı altında keçiriləcək yarış 9-11 fevral tarixlərində baş tutacaq.

“Ölkəmizdə startap ekosistemi tədricən inkişaf etməkdədir və bu prosesə artıq xanımların da qoşulması zəruridir. Startup Weekend Women  yarışı ötən il ilk dəfə Parisdə başlayıb və artıq bu il 30 ölkəni əhatə edən qlobal bir tədbirə çevrilib. Azərbaycanın bu layihəyə qoşulması qadınlar arasında startap, öz biznesini qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi anlayışları möhkəmləndirərək, sahibkar qadınların sayını artıracaq”, - deyə Rəşad Eyvazov bildirib.

Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalar ilə sahibkar qadınlar, marketoloqlar, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideya isə mart ayında Parisdə keçiriləcək Böyük Finala göndəriləcək və Next Step İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramında iştirak etmək imkanı qazanacaq. Maraqlı faktlardan biri də odur ki, bu tədbirin qlobal siması dünya şöhrətli ulduz Emma Uotsondur və Böyük Finalda onun da iştirak edəcəyi gözlənilir.

Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək.

Yarış haqqında ətraflı məlumatı və proqramı rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: http://communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/12361#event-overview

Onlayn qeydiyyat: https://www.eventbrite.com/e/global-startup-weekend-women-baku-tickets-41546778533

Startup.az

Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində "I2B-İdeyadan Biznesə" layihəsi çərçivəsində ilk startap turu keçirilib.

Startap turuna Zaqatala ilə...

17 May 2019
UNEC-də Startup Günlərinin qalibləri müəyyənləşib

3-4 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət...

05 May 2019