Azerbaijan English

Reyhan Camalova ASAN xidmət-in İdeya müvəkkili oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən Rainenergy qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə  görüşüb.

Xeberler.az-ın məlumatına görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.

Həmçinin Reyhan Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib. 

Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində "I2B-İdeyadan Biznesə" layihəsi çərçivəsində ilk startap turu keçirilib.

Startap turuna Zaqatala ilə...

17 May 2019
UNEC-də Startup Günlərinin qalibləri müəyyənləşib

3-4 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət...

05 May 2019